Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək “Sabah”ın I təsnifat mərhələsindəki mümkün rəqibləri müəyyənləşib. “Bayquşlar” daha aşağı reytinqli komandaların olduğu səpələnməmişlər qrupunda yer alıb.
“Sabah”ın mümkün rəqibləri səpələnmiş qrupundan İrlandiyanın “Şemrok Rovers”, Uelsin TNS, İslandiyanın “Vikinqur”, Şimali İrlandiyanın “Larne”, Finlandiyanın “KuPS”, Qazaxıstanın “Kayrat”, Moldovanın “Petrokub”, Estoniyanın “Flora”, Cəbəllüttariqin “Linkoln”, Rumıniyanın “Universitatya”, Farer adalarının “Klaksvik”, Kosovonun “Drita”, Bosniya və Herseqovinanın “Borats” və Latviyanın “Riqa” kollektivləridir.
Qeyd edək ki, Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkü iyunun 16-da atılacaq. İlk oyunlar 7-8 iyul, cavab matçları 14-15 iyul tarixlərində keçiriləcək.

















