“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində Macarıstan təmsilçisi “Ferentsvaroş” ilə keçirəcəyi cavab oyununun hakimləri açıqlanıb. Görüşü Kleman Türpenin başçılıq etdiyi fransalı hakimlər briqadası idarə edəcək. Qeyd edək ki, qarşılaşma avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Saat 20:45-də start götürəcək matç “CBC Sport”la canlı yayımlanacaq. Qeyd edək ki, ilk səfər görüşündə Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

















