Azərbaycanın 4 güləşçisi Türkiyənin Kocaeli şəhərində təşkil olunan Hasan Gemici və Qazanfer Bilgenin xatirə turnirində medal qazanıb.
Sərbəst güləşdə Xetaq Karsanov (125 kq) gümüş, Ramik Heybətov (70 kq) bürünc medal qazanıb.
Yunan-Roma güləşində isə 130 kq-da yer alan milli üzvləri ilk “3-lük”də qərarlaşıblar. Sərxan Məmmədov gümüş, Beka Kandelaki bürünc medalı boynundan asıb.
Qeyd edək ki, yarışa sabah yekun vurulacaq.













