Bu gün UEFA Avropa Liqasının qalibi bəlli olacaq. Həlledici görüşdə “Frayburq” və “Aston Villa” üz-üzə gələcək.

Almaniya klubu tarixində ilk dəfə avrokuboklarda final oynayırsa, 1980-ci ildə UEFA Çempionlar liqasının qalibi olan Birmingem təmsilçisi 46 il sonra beynəlxalq titul qazanmaq şansı əldə edib.

Türkiyənin İstanbul şəhərindəki “Beşiktaş Park” stadionunda keçiriləcək qarşılaşma saat 23:00-da başlayacaq. Görüşü fransalı Fransua Leteksiye idarə edəcək.