Futzal üzrə son Azərbaycan çempionu “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasında ilk oyununa çıxıb.

Komandamız Polşada təşkil edilən matçda Macarıstanın “Uypeşt” klubu ilə üzləşib. Görüş təmsilçimizin 5:4 hesablı qələbəsi ilə bitib.

“Araz-Naxçıvan” növbəti oyununu sabah Bosniya və Herseqovinanın “Buba Mara” kollektivinə qarşı keçirəcək. Qarşılaşacaq saat 17:30-da başlayacaq.