Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Zirə”yə 1:0 uduzaraq mübarizəni dayandıran “Neftçi” tarixinin ən pis nəticəsinə imza atıb. Belə ki, 1992-ci ildən keçirilən turnirin əvvəlki 33 mövsümündə 8 ən yaxşı komanda sırasına düşməyi bacaran “ağ-qaralar” ilk dəfə ölkə kubokunun 1/4 final mərhələsində iştirak etməyəcək.

“Neftçi” bu mövsümə kimi kubokda həm bütün mövsümlərdə iştirak edən, həm də daim 1/4 finalda olan yeganə komanda idi.

Qeyd edək ki, ölkə kubokunda 1/4 finalda iştirak sayında 2-ci olan “Qarabağ” 26, 3-cü olan “Şamaxı” (“Xəzər Universiteti”, “İnter” və “Keşlə”nin davamçısı kimi) 19 dəfə bu etapda mübarizə aparıb.