Bakıda tarixdə ilk dəfə keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalı davam edir.
Azərbaycan millisi yarışda növbəti oyununa çıxıb. Famil Xəlilovun baş məşqçi olduğu komanda İsrail seçməsi ilə qarşılaşıb. Matç Azərbaycanın 3:1 hesablı qələbəsi ilə bitib. Komandamız saat 18:15-də Haiti yığması ilə üz-üzə gələcək.
Xatırladaq ki, millimiz daha əvvəl Timor-Leste və Andorranı müvafiq olaraq 6:0 və 1:0 hesabları ilə məğlub edib, Asvtraliyaya isə 1:3 uduzub.

















