Misli Premyer Liqasında IX turun daha iki görüşü keçirilib.
“SOCAR Polymer Arena”da keçirilən matçda “Kəpəz” “Şəfa”nı 2:1 hesabı ilə məğlub edib.
Günün digər oyununda “Neftçi” “Turan Tovuz”u qəbul edib. “Ağ-qaralar”ın azlıqda qaldığı oyun 1:1-lik bərabərliklə yekunlaşıb.
Hazırda 18 xala malik “Neftçi” ikinci yeri tutur. 15 xala malik “Turan Tovuz” 4-cü, 1 xal geri qalan “Kəpəz” 6-cı sıradadır. 3 xallı “Şəfa” isə 11-ci pillədə qərarlaşıb.














