Bu gün Misli Premyer Liqasında XX turun daha iki oyunu baş tutub.
Yevlax şəhər stadionunda “Kəpəz” ilə qarşılaşan “Neftç”i 3:1 hesablı qələbə qazanıb. Liqada 6 matçdır uduzmayan “ağ-qaralar” ardıcıl 3-cü qalibiyyətini əldə edib.
“Liv Bona Dea Arena”dakı görüşdə isə “Araz-Naxçıvan” “Sumqayıt”ı 1:0 üstələyib. Naxçıvan klubu Andrey Demçenkonun rəhbərliyində ilk dəfə qalib gəlibsə, “Gənclik şəhəri” təmsilçisi ardıcıl ikinci tur uduzub.
“Neftçi”, “Sumqayıt” və “Araz-Naxçıvan” kollektivlərinin 30 xalı var və onlar 5-7-ci pillələri bölüşürlər.















