Futbol üzrə Azərbaycan I Liqasında çıxış edən “Xankəndi” komandasında baş məşqçi təyinatı gerçəkləşib.

Bu barədə bölgə təmsilçisi məlumat yayıb.

Klub Röyal Nəcəfovla müqavilə imzalayıb.

Anlaşmaya əsasən, mütəxəssis 2026/2027 mövsümün sonunadək bu vəzifəni icra edəcək. R.Nəcəfov bu postda Zaur Hacıyevi əvəzləyib.