Azərbaycan II Liqasında ilk tur başa çatıb. Son oyun günündə “Şəki Siti” “Ağstafa Gəncləri”ni 2-0 məğlub edib. Region liqasının son qalibi “Xankəndi” “Dinamo”nu dörd cavabsız qolla üstələyib. “Kür-Araz” və “Ağdaş” arasındakı matç 1-1-lik bərabərliklə bitib. Buna kimi keçirilən oyunlardan “Göygöl” – “Araz-Saatlı” duelində də 1-1 hesabı qeydə alınıb. “Şəmkir” “Şirvan”dan 2-1, “Quba” “Qaradağ Lökbatan”dan 2-0 güclü olub.