Bu gün Monqolustanın Ulan-Bator şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turniri start götürəcək. Yarışda Azərbaycanı 19 idmançı təmsil edəcək. Onlardan 12-si kişi, 7-si qadındır.

Kişilərdə 60 kq-da Əhməd Yusifovla Balabəy Ağayev, 66-da Nizami İmranovla Ruslan Paşayev, 73-də Hidayət Heydərovla Rəşid Məmmədəliyev, 81-də Zelim Tçkayev mükafatçılar sırasına düşməyə çalışacaq. Ağır çəkilərə gəlincə, 90 kq-da Murad Fətiyevlə Aslan Kotsoyev, 100 kq-da Zelim Kotsoyev, 100 kq-dan ağır çəkidə isə Camal Qamzatxanov və Kənan Nəsibov tatamı üzərinə çıxacaq

Monqolustanda 7 qadın cüdoçumuz çıxış edəcək. 48 kq-da Könül Əliyeva və Şəfəq Həmidova, 52 kq-da Gültac Məmmədəliyeva və Leyla Əliyeva, 63-də Fidan Əlizadə, 70-də Südabə Ağayeva yarışacaq. Ən ağır çəki olan 78 kq-dan ağır çəkidə isə Madina Kaisinova mübarizə aparacaq. Üç gün davam edəcək turnirdə ümumilikdə 59 ölkə 463 idmançının çıxışı nəzərdə tutulur. Turnir “CBC Sport”la canlı yayımlamacaq.