“Formula 2” üzrə Azərbaycan Qran-prisində sprint yarışının qalibi mükafatlandırılıb.

Yarışdan sonra ilk üçlükdə qərarlaşan pilotlara mükafatlar təqdim olunub.

“Dams Lukas Oil” komandasından Dino Beqanoviç birinci yeri tutub.

“Trident”dən Laurens Van Hoepen ikinci olub. “Rodin Motorsport”dan Aleks Dann üçüncü sırada qərarlaşıb.

Xatırladaq ki, Azərbaycan Qran-prisi sentyabrın 26-da başa çatacaq.