Yeni mövsümə hazırlaşan “Sabah” basketbol klubu yeni transferini açıqlayıb.
Klub 28 yaşlı ABŞ-li oyunçu Tajuan Eydji ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.
Hücumçu 2025/2026 mövsümünü Fransanın “Burk” klubunda keçirib. Eydji sözügedən komandanın heyətində “Euro Cup” turnirinin qalibi olub.













