Bu gün Misli Premyer Liqasında IV tura iki oyunla yekun vurulacaq.
Saat 18:00-da başlayacaq matçda “Turan Tovuz” doğma meydanda “Sumqayıt”la üzləşəcək. Gõrüşü Kamranbəy Rəhimov idarə edəcək.
Saat 20:15-də isə “Qarabağ” “Araz-Naxçıvan”ı qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək qarşılaşmada ədaləti Cavid Cəlilov qoruyacaq. Hər iki oyun “CBC Sport”la canlı yayımlanacaq.
















