Misli Premyer Liqasında III tura yekun vurulub.

Bağlanış matçı “SOCAR Polymer Arena”da keçirilib. Burada yerli “Sumqayıt” “Qarabağ”ı qəbul edib. Ağdam oyunun 37-ci dəqiqəsində Kadi Borgesin qırmızı vərəqə ilə cəzalanmasından sonra on nəfərlə qalsa da, 1:0 hesablı qələbə qazanmağı bacarıb. Matçda yeganə qolu 45-ci dəqiqədə penaltidən Jali Muaddib vurub. Bu, onun Azərbaycan çempionatında ilk qolu olub.

Hazırda turnir cədvəlinə 9 xalla “Zirə” başçılıq edir. “Neftçi”, “Qarabağ” və “Sabah”ın 6 xalı var. Xalsız “Sumqayıt” sonuncudur.