Bu gün Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinin ikinci görüşlərinə start veriləcək.

İlk oyun günündə “Gəncə” evdə son çempion “Sabah”ı qəbul edəcək.

Gəncə İdman Sarayında keçiriləcək qarşılaşma saat 14:00-da start götürəcək. Xatırladaq ki, komandalar arasında ilk matç “bayquşlar”ın 96:67 hesablı üstünlüyü ilə bitib.