“Sabah”ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Təmsilçimiz Uels kollektivi TNS ilə qarşılaşacaq.

Xatırladaq ki, I təsnifat mərhələsinin oyunları iyulun 7-8-i və 14-15-nə təyin edilib. “Sabah” ilk görüşünü evdə keçirəcək.