“Barselona” Rodrinin transferini açıqlayıb.

30 yaşlı mərkəz yarımmüdafiəçisi ilə 2030-cu ilin yayına kimi müqavilə imzalanıb. Kataloniya klubu bu keçid üçün “Mançester Siti”yə 75 milyon avro ödəyib.

Qeyd edək ki, 7 il “şəhərlilər”in formasını geyinən Rodri klub səviyyəsində mümkün bütün titullara sahib çıxıb. 2024-cü ildə “Qızıl top” mükafatına layiq görülən futbolçu İspaniya millisi ilə dünya və Avropa çenpionu olub.