Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev iki həftə yaşıl meydanlardan kənarda qalacaq.

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Dinamo Kiyev”lə cavab oyununda zədələnən futbolçunun ayağının arxa əzələsində vətərin qismən yırtığı aşkarlanıb.

Bu səbəbdən cinah müdafiəçisi pley-off etapında “Tvente” ilə hər iki matçı buraxmalı olacaq.