“Gəncə” voleybol klubu Olena Napalkova ilə müqavilə imzalayıb.
Ukrayna millisinin üzvü olan oyunçu növbəti mövsümdə qərb təmsilçisinin formasını geyinəcək.
Qeyd edək ki, 2024/2025 mövsümündə də “Gəncə”də çıxış etmiş Napalkova bu komandanın heyətində Azərbaycan Kubokunun gümüş medalını qazanıb.














