Oktyabrın 16-17-də 14 yaşadək yeniyetmələr arasında cüdo Bakı şəhər birinciliyi keçiriləcək. Abşeron Olimpiya İdman Kompleksində təşkil olunacaq yarışda 66 klub və idman cəmiyyətindən 397-si oğlan, 63-ü qız olmaqla 460 idmançı mübarizə aparacaq. Yarış 18 çəki dərəcəsində aparılacaq.