“Qəbələ” heyətinə yeni futbolçu cəlb edib.
Komanda Fildişi Sahilindən olan sol cinah müdafiəçisi Kouya Mabena ilə anlaşıb.
27 yaşlı futbolçu ilə “1+1” illik müqavilə imzalanıb.
Qeyd edək ki, son olaraq Malta təmsilçisi “Floriana”da oynamış futbolçu daha əvvəl “Vesterlo” (Belçika), “UTA Arad” (Rumıniya), “Hapoel Hadera” və “Hapoel Rişon LeZion” (hər ikisi İsrail) komandalarının da şərəfini qoruyub.

















