“Qarabağ” klubunun zədələnən futbolçusu Kamilo Duran hazırda həkimlərin müşahidəsi altındadır. Bu barədə Ağdam təmsilçisi məlumat yayıb.
Futbolçunun hansı müddətə meydanlardan kənar qalacağı hələki məlum deyil.
Qeyd edək ki, kolumbiyalı hücumçu İngiltərədə “Nyukasl”la səfər matçının ikinci hissəsində sıradan çıxıb.
















