Yeni mövsümə hazırlaşan “Qarabağ” növbəti transferini reallaşdırıb.
Ağdamlılar Xorvatiyanın “Riyeka” klubundan qapıçı Martin Zlomisliçin keçidini açıqlayıblar. Bosniya və Herseqovinalı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb.
Əlavə edək ki, 2024-cü ildə ölkəsinin milli komandasında debüt edən qolkiper 3 dəfə yığmanın formasını geyinib. O, həmçinin Dünya Çempionatına yollanan Bosniya və Herseqovina seçməsinin heyətində yer alıb.


















