Bu gün UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün 2-ci təsnifat mərhələsinin püşkü atılacaq.

UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında keçiriləcək püşkatmada Azərbaycan təmsilçisi “Neftçi”nin də rəqibi bilinəcək.

“Ağ-qaralar” “Ludoqorets” (Bolqarıstan), “Rakuv” (Polşa), “Apollon” (Kipr) klublarından, həmçinin ilk təsnifat mərhələsində üz-üzə gələcək “Dinamo Siti” (Albaniya) – “Astana” (Qazaxıstan), “Dinamo Minsk” (Belarus) – “Sileks” (Şimali Makedoniya) cütlərinin qaliblərindən biri ilə qarşılaşacaq. Püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.