Bu gün avrokuboklarda 2026-2027-ci illər mövsümünün ilkin mərhələsinin püşkü atılacaq.
İsveçrənin Nyon şəhərində təşkil ediləcək tədbirdə əvvəlcə UEFA Çempionlar Liqasınən püşkatma mərasimi keçiriləcək. Burada ölkəmizi “Sabah” təmsil edəcək. Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv səpələnməmişlər sırasında yer alır. Onların 14 potensial rəqibi var. Bunlar Moldovanın “Petrokub”, İrlandiyanın “Şemrok Rovers”, Finlandiyanın KUPS, Kosovanın “Drita”, Cəbəllütariqin “Linkoln”, Bosniya və Herseqovinamın “Borata”, İslandiyanın “Vikinqur”, Qazaxıstanın “Kayrat”, Rumıniyanın “Universitatya Krayova”, Latviyanın “Riqa”, Farer adalarının “Klaksvik”, Estoniyanın “Flora”, Şimali İrlandiyanın “Larn” və Uelsin TNS klublarıdır. Mərasim saat 18:00-da başlayacaq.
Bir saat sonra UEFA Avropa Liqasının ilkin təsnifat mərhələsinin püşkü atılacaq. Turnirə qatılacaq “Qarabağ” səpələnmişlər sırasında yer alır. Onların 6 mümkün rəqibi var. Slovakiyanın “Jilina”, Serbiyanın “Voyvodina”, Rumıniyanın “Universitatya Kluj”, Sloveniyanın “Aluminiy”, İrlandiyanın “Derri Siti” və ya İslandiyanın “Vestri” kollektivi ilə üzləşmək şansımız var.
Saat 20:00-da isə UEFA Konfrans Liqasının püşkü atılacaq. Burada çıxış edəcək “Zirə”nin 26 potensial rəqibi var. Bunlar Gürcüstanın” “Torpedo Kutaisi”, Bosniya və Herseqovinanın “Velez”, San-Marinonun “Virtus”, Latviyanın “Liepaya”, Finlandiyanın “İlves”, Uelsin “Konnas-Ki Nomads”, “Karnarvon Taun”, “Penibont”, İrlandiyanın “Bohemians”, İslandiyanın “Styarnan”, Cəbəllütariq “Avropa”, Finlandiyanın “İnter Turku”, Kosovanın “Malışeva”, Qazaxıstanın “Yelimay”, Albaniyanın “Dinamo Siti”, “Elbesani”, Lüksemburqun “UNA Ştrassen”, “Mondorf-le-Ben”, Litvanın “Heqelmann”, Monteneqronun “Monar”, “Petrovats”, Farer adalarının “Runavik”, Şimali Makedoniyanın “Sileks”, Şimali İrlandiyanın “Qlentoran”, Maltanın “Marsaşlokk” və Estoniyanın “Nomme Kalyu” kollektivləridir.


















