Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə Suraxanı Atmalar Bazasında atma növləri üzrə seçim xarakterli sınaq keçirilib.

Sınaq zamanı idmançılar nizəatma, lövhəatma və çəkicatma növləri üzrə bacarıqlarını nümayiş etdiriblər.

Seçim prosesi 2027-ci ildə İstanbulda keçiriləcək komandalararası Avropa çempionatına, eləcə də digər nüfuzlu beynəlxalq yarışlara hazırlıq və idmançıların müəyyənləşdirilməsi məqsədi daşıyıb.