Misli Premyer Liqasında XXIX tur start götürüb.
Quba şəhər stadionunda keçirilən açılış matçında “Sumqayıt” “İmişli”ni 2:0 məğlub edib və ardıcıl ikinci qalibiyyətini əldə edib.
Günün ikinci görüşündə “Qəbələ” evdə “Araz-Naxçıvan”ı qəbul edib. Qarşılaşma 1:1 hesabı ilə bitib. Ev sahibi komanda 3, naxçıvanlılar 4 oyundur qalib gələ bilmirlər.
















