“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib.

Bu barədə Misli Premyer Liqası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Zaur Həşimovun rəhbərlik etdiyi komanda iyulun 2-də Bakıda toplaşacaq. Hazırlığın ilk mərhələsi paytaxtda keçiriləcək. İyulun 20-də isə “Şəfa” Qəbələyə yollanacaq.

Hazırlığın ikinci mərhələsi avqustun 9-dək burada davam edəcək. Komanda yeni mövsümə hazırlıq çərçivəsində bir neçə yoxlama oyunu da keçirəcək.

Qarşılaşmaların tarixi və məkanı hələlik məlum deyil.