UEFA Çempionlar Liqasının ümumi mərhələsində II turun növbəti oyunları keçirilib.

Turun ikinci oyun günündə doqquz qarşılaşma baş tutub.

Turun mərkəzi oyununda Fransanın PSJ klubu səfərdə İngiltərənin “Mançester Siti” komandasını 4:2 hesabı ilə məğlub edib. İspaniyanın “Real” klubu isə səfərdə İtaliyanın “Roma” komandasına qarşı əzmkar qələbə qazanıb. Madrid təmsilçisi yeddi dəqiqə ərzində üç qol vuraraq 4:3 hesablı qələbəyə sevinib.

İngiltərənin “Liverpul” komandası da məhsuldar qarşılaşmada Avstriyanın LASK klubunu 6:3 hesabı ilə darmadağın edib.

UEFA Çempionlar Liqası

Ümumi mərhələ, II tur

14 oktyabr

“Feyenoord” (Niderland) – “Komo” (İtaliya) – 3:2

LASK (Avstriya) – “Liverpul” (İngiltərə) – 3:6

“Roma” (İtaliya) – “Real” (İspaniya) – 3:4

“Aston Villa” (İngiltərə) – “Fənərbağça” (Türkiyə) – 6:0

“Betis” (İspaniya) – “Portu” (Portuqaliya) – 3:2

“Budyo-Qlimt” (Norveç) – “Borussiya Dortmund” (Almaniya) – 1:0

“Mançester Siti” (İngiltərə) – PSJ (Fransa) – 2:4

“Şaxtyor” (Donetsk, Ukrayna) – AEK (Afina, Yunanıstan) – 3:1

“Slovan” (Bratislava, Slovakiya) – “Ştutqart” (Almaniya) – 0:3