Misli Premyer Liqasında son 10 mövsümün tamaşaçı rekordu qeydə alınıb. Bundan daha çox tamaşaçının izlədiyi sonuncu görüş 2015/2016 mövsümündə baş tutub. 2016-cı il fevralın 14-də Gəncə şəhər stadionunda keçirilən “Kəpəz” – “Qarabağ” oyununa 20 400 nəfər gəlib.
XXVIII turun Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən “Qarabağ” – “Sabah” matçını (0:1) 17 338 tamaşaçı izləyib.
Bu oyunadək mövsümün rekordu da komandaların bu arenadakı görüşünə təsadüf edib. XXII turun 3:3 bitən qarşılaşmasında arenada 10 361 tamaşaçı olub.


















