Slovakiyada təşkil edilən minifutbol üzrə Avropa çempionatı davam edir. Qitə yarışında iştirak edən Azərbaycan millisi 1/4 finalda Çexiya ilə qarşılaşıb.

İnamlı çıxış edən yığmamız 5:2 hesablı qələbə qazanıb. Komandamızın rəqibinin müəyyənləşdiyi görüşdə Serbiya Rumıniya ilə üz-üzə gəlib. Son 3 yarışda final oynayan və 6 titulla qitənin ən güclüsü olan Rumıniya rəqibinə ciddi müqavimət göstərsə də, qalib gələ bilməyib. Meydançadan 6:4 hesablı qələbəylə ayrılan Serbiya Avropa çempionu titulunu qorumaq yolunda yığmamızla üz-üzə gələcək.

Digər yarımfinal görüşündə isə Ukrayna ilə Macarıstan qarşılaşacaq.