Azərbaycan Basketbol Liqasında ilk turun daha bir oyunu bu gün keçiriləcək.

NTD “Sumqayıt”la üz-üzə gələcək.

Qarşılaşma Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.

Xatırladaq ki, mövsümün ilk oyununda “Sabah” “LANDAU Lions”u məğlub edib – 84:74.

Digər qarşılaşmalar 3 və 4 oktyabrda keçiriləcək. “Naxçıvan” – “Neftçi” görüşü Bakı təmsilçisinin FIBA Avropa Kubokunda iştirakına görə təxirə salınıb.