ABŞ təmsilçisi Cessika Pequla “Böyük Dəbilqə” turnirlərində 30 yaşından sonra 4 dəfə yarımfinala yüksələn ilk tennisçi kimi tarixə düşüb.
İdmançı ABŞ Açıq çempionatının 1/4 finalında həmyerlisi Emma Navarronu məğlub edərək (3:6, 6:4, 6:3) bu uğura imza atıb.
Cessika Pequla finala vəsiqə uğrunda matçda belaruslu Arina Sobolenko ilə qarşılaşacaq.

















