“Qarabağ” növbəti transferini gerçəkləşdirib.

Ağdam təmsilçisi 26 yaşlı qambiyalı hücumçu Zakaria Savonu heyətinə qatıb. Futbolçu ilə 3 illik müqavilə imzalanıb.

İsveçin “Yurqorden” klubuna məxsus forvard son olaraq icarə əsasında Kipr təmsilçisi “AEL Limassol”da çıxış edib.