“İmişli” klubunda baş məşqçinin səlahiyyətlərinin müvəqqəti icrası köməkçi məşqçi Ervins Perkonsa həvalə olunub.

Bu barədə bölgə təmsilçisindən məlumat verilib.

Latviyalı mütəxəssis müvəqqəti olaraq komandanın məşq prosesinə və oyunlara hazırlığa rəhbərlik edəcək.

Xatırladaq ki, “İmişli” ötən gün baş məşqçisi Fərid Namazovla yollarını ayırıb.