Azərbaycan futbol millisinin müdafiəçisi Cəlal Hüseynov Bolqarıstan çempionatında növbəti dəfə fərqlənib.

Onun çıxış etdiyi Bolqarıstanın “Arda” futbol klubu Konfrans Liqasına vəsiqə uğrunda mübarizə aparır və 35-ci turda “Lokomotiv Plovdiv”i 4:0 hesabı ilə məğlub edib.

Cəlal Hüseynov görüşə start heyətində başlayıb və matçı əvəzlənmədən keçirib. O, ikinci hissənin əvvəlində komandasının dördüncü qolunu vurub.