16 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Bakıda təşkil olunan UEFA İnkişaf Turnirində son oyuna çıxıb.
Seçməmiz Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Binə stadionunda keçirilən görüş rəqib komandanın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
U-16-nın heyətində qolları 3-cü dəqiqədə penaltidən Xədicə Rəhimova və 20-ci dəqiqədə Suel Polikarpova vurublar.
Xatırladaq ki, Azərbaycan yığması daha əvvəlki qarşılaşmalarda Litvaya (1:4) və Rumıniyaya (1:7) uduzub.
















