Şahmat üzrə Azərbaycan çempionatında bütün yarımfinalçılar müəyyənləşib.
Tay-brek görüşləri gözlənilməz nəticə ilə yadda qalıb. Belə ki, Azərbaycan çempionatının ötənilki qalibi Rauf Məmmədov gənc şahmatçı Read Səmədova uduzaraq mübarizəni dayandırıb.
Məhəmməd Muradlı daha bir güclü şahmatçı Eltac Səfərlidən güclü olub. Aydın Süleymanov isə Nicat Abasova qalib gəlib.
Qadınların yarışında Türkan Məmmədyarova Nərmin Abdinovanı, Gülnar Məmmədova isə Xanım Balacayenı məğlub edərək növbəti etapa yüksəlib.
Qeyd edək ki, buna kimi kişilərdən Şəhriyar Məmmədyarov, qadınlardan isə Ülviyyə Fətəliyeva və Günay Məmmədzadə yarımfinalda çıxış etmək hüququ əldə edib.












