Stolüstü tennisçi Nihad Məmmədov adını “Ginnesin Rekordlar Kitabı”na yazdıra bilər.
Belə ki, o, topu uzaq məsafədən oyuna daxil etməkdə qeydə alınan dünya rekordunu yeniləyib. “Şüa” İdman Kompleksində keçirilən və Gənclər və idman nazirliyi, Azərbaycan Stolüstü Tennis Federasiyasının nümayəndələrinin, o cümlədən beynəlxalq dərəcəli hakim Zaur Mikayılovun iştirakı ilə keçirilən tədbirdə bu hərəkəti 17 metr məsafədən həyata keçirib.
Qeyd edək ki, bu rekord türkiyəli Osman Gürcüyə məxsus idi (16.70 metr).















