Bu gün Azərbaycan futbolunun görkəmli siması, bütün karyerasını “Neftçi” klubunda keçirmiş, SSRİ millisinin şərəfini qorumuş Anatoli Banişevskinin doğum günüdür.
Əfsanəvi oyunçunun anadan olmasının 80-ci ildönümündə AFFA rəhbərliyi, Gənclər və İdman Nazirliyinin nümayəndələri və futbol veteranları mərhum futbolçunun məzarını ziyarət edib, gül dəstələri qoyub, onun əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

















