“Kəpəz” heyətini daha bir futbolçu ilə gücləndirib. Gəncə təmsilçisi belçikalı futbolçu Desmond Akua ilə 2026/2027 mövsümün sonunadək müqavilə imzalayıb.

24 yaşlı yarımmüdafiəçi son olaraq Belçikanın “Dender” klubunda forma geyinib.

O, son mövsüm bütün turnirlər daxil olmaqla çıxdığı 15 oyunda 2 qolla yadda qalıb.