UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyunlara yekun vurulub.
Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi “Rakuv” Xorvatiya səfərində “Hayduk”la qarşılaşıb.
Matç 2:2 hesablı bərabərliklə yekunlaşıb. Bu oyunda komandasının ilk qoluna imza atan Emreli sözügedən turnirdə ikinci, ümumilikdə Polşa təmsilçisinin heyətində üçüncü dəfə fərqlənib. Tərəflərin cavab görüşü avqustun 27-si baş tutacaq.
















