FIFA prezidenti Canni İnfantino Azərbaycanda U-15 Dünya Çempionatı və Festivalına hazırlıq prosesi ilə tanış olub.
AFFA prezidenti Rövşən Nəcəflə birlikdə Hövsanda inşa olunan futbol bazasına baş çəkən İnfantinoya 10 meydançadan ibarət kompleksdə görülən işlər barədə məlumat verilib.
Tarixdə ilk dəfə təşkil ediləcək FIFA U-15 Dünya Çempionatı və Festivalı bu ilin oktyabrında Bakıda keçiriləcək.
AFFA FIFA və onun prezidenti Canni İnfantinoya dəstəyini ifadə edib.

















