18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi fevralın 13-dən 16-dək təlim-məşq toplanışında olacaq.
Yığma hazırlıq prosesini Milli Komandaların Təlim-Məşq Mərkəzində keçirəcək.
Ardınca kollektiv 17-24 fevral tarixlərində Belarusun paytaxtı Minskdə baş tutacaq Beynəlxalq İnkişaf Turnirinə qatılacaq.
Yarışda 8 komanda 2 qrupda mübarizə aparacaq. Milli B qrupunda Belarus, Rusiya və Özbəkistan kollektivləri ilə mübarizə aparacaq.

















