Gürcüstanın Batumi şəhərində təşkil edilən komandalar arası Avropa çempionatında 5-ci tura yekun vurulub. Həm kişi, həm də qadın seçməmiz bu turda Ermənistan komandası ilə üzləşib və qələbə qazanıb.

Kişi şahmatçıların qarşılaşmasında Şəhriyar Məmmədyarov görüşü qalib kimi başa vurub. Rauf Məmmədov, Eltac Səfərli və Aydın Süleymanlı heç-heçəyə oynayıb. Nəticədə komandamız rəqibini 2,5:1,5 hesabı ilə üstələyib. Hazırda Azərbaycan komandasının aktivində 9 xal var.

Qadın şahmatçılarımıza gəlincə, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova qalib gəlibsə, Xanım Balacayeva və Gövhər Beydullayeva partiyalarını heç-heçə başa vurublar. 3:1 hesablı qələbədən sonra xanım şahmatçıların xalı 8-ə çatıb. Qeyd edək ki, qitə çempionatına oktyabrın 14-də yekun vurulacaq.