UEFA Çempionlar liqasında pley-off mərhələsinə start verilib. Azərbaycan təmsilçisi “Qarabağ” da bu etapda ilk matçını keçirib. Ağdam klubu Macarıstan səfərində “Ferentsvaroş”la qarşılaşıb. Oyun komandamızın 3-1 hesablı qələbəsi ilə başa çatıb. “Qarabağ”ın heyətində qolları Marko Yankoviç, Kevin Medina və Musa Qurbanlı vurub. Qeyd edək ki, tərəflərin cavab görüşü bir həftə sonra baş tutacaq.
















