Azərbaycanın I Liqa təmsilçisi “Difai” heyətini yeni hücumçu ilə gücləndirib.

Ağsu klubu Ondo Uorren-Llyod ilə anlaşıb. 22 yaşlı qabonlu forvard karyerası ərzində Azərbaycanın digər təmsilçisi “Zaqatala” ilə yanaşı, Moldovanın “Dinamo-Avto”, və Fransanın “İstr” klublarında da çıxış edib.

Qeyd edək ki, “Difai” hazırda turnir cədvəlində 9 xalla 9-cu pillədə mövqe tutub.