Azərbaycan Basketbol Liqasında XVII tur başa çatıb.

A qrupunun matçında NTD-ni 103:87 məğlub edən “Sabah” xalını 33-ə çatdırıb və yenidən birinci pilləyə yüksəlib. Onlar “Abşeron Lions”u 1 xal qabaqlayırlar.

Bu qrupun digər görüşündə “Neftçi” səfərdə “Şəki”dən 93:77 üstün olub. 25 xalı olan “Ağ-qaralar” “Gəncə” ilə birgə 3-4-cü pillələri bölüşürlər.